AZ

Netanyahu soyqırım üsulları ilə Hitlerin həsəd aparacağı həddə çatıb - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail baş nazirinin Qəzza zolağındakı hərəkətləri heç bir halda nasist Almaniyasının lideri Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı törətdiyi cinayətlərdən aşağı deyil.

“Netanyahu soyqırım metodları ilə Hitlerin həsəd aparacağı həddə çatıb”, - Türkiyə lideri bildirib.

Musavat.com-un məlumatına görə Türkiyə lideri həmçinin İsraili Qəzza zolağında atəşkəs əldə etmək səylərini əngəlləməkdə ittiham edib:

“Həmas atəşkəslə razılaşdı, lakin İsrail bütün Qəzzanı işğal etmək istəyini bəhanə edərək atəşkəs istəmir. Qəddarlıq və qırğın davam edir”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85

1Mənbələr

Şərh ()
Bağla