AZ

Tiflis SİLKƏLƏNİR, döyüş meydanına çevrilib – “Gürcü arzusu” suya düşdü…

Tiflisdə parlament binasının girişlərini bloklamağa çalışan etirazçılarla polis arasında qarşıdurma olub. Səhər saatlarında polis nümayişçilərdən ərazini tərk etmələrini və nümayişi parlament binasının qarşısında keçirməyi tələb edib.
Etirazçıların polisin tələbini yerinə yetirməməsindən sonra ərazidə gərginlik yaranıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Tribunainfo.az-a vəziyyəti şərh edən siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, İvanişvilinin “gürcü arzusu” baş tutmadı. Onun sözlərinə görə, etirazların miqyasının genişlənməsi hakimiyyətin oktyabrda keçiriləcək parlament seçkilərində məğlub olacağının anonsudur. “Gürcüstanda son aksiyalar görünməmiş miqyasdadır. Prosesin liderləri də yoxdur, vətəndaş cəmiyyəti aksiyaları idarə edir. Bu da qonşu ölkədə QHT-lərin gücünü göstərir. Hadisələr hakimiyyət dəyişikliyinə səbəb olmayacaq, amma buz sındı, iqtidar ciddi zədə aldı və ictimai rəy onun əleyhinə çevrildi. Təbii ki, burada Qərbin təsiri də rol oynayır. Faktiki olaraq, Gürcüstanda və Ermənistanda Rusiya ilə Qərbin strateji müharibəsi gedir. Oktyabrda seçkilərə qədər hakim partiya reytinqini qaldırmaq üçün bir addım atmasa, ciddi problem yaşayacaq. Müxalifətin problemi isə lider defisitidir. Saakaşvili artıq dəstəklənmir”.

Roman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16

1Mənbələr

Şərh ()
Bağla