AZ

Gözoxşayan mənzərədə yalnız narkomanlar "DİNCƏLİR" : "Mən balıq tutmağa gəlirəm..." - VİDEO

Gözoxşayan mənzərədə yalnız narkomanlar "DİNCƏLİR" : "Mən balıq tutmağa gəlirəm..." - VİDEO

Yasamal rayonun mərkəzində, unudulmuş və gözdən kənar qalan bir göl var. Yaşıllıqlar ilə əhatələnmiş bir göldür. Amma ildən-ilə ərazi zibil poliqonuna çevrilir. Gölə gələnlər isə narkomanlardır. Təbii ki, istirahətə yox, pis vərdişləri ilə məşğul olmağa gəlirlər. Bəs ərazi qurumların yadına düşmür?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"in əməkdaşları araşdırma aparıb. Sözügedən ərazi kifayət qədər böyükdür. Amma burada natəmizlik hökm sürür. İnsanlar məişət tullantılarını və digər əşyaları hara gəldi atir. Üstəlik kanalizasiya suları belə bu gölə axıdılır. Gölün ətrafında müxtəlif ölçülərdə özəl mülkiyyətdə olan torpaq sahələri var. Amma deyilənə görə su hövzəsinin özü dövlətin balansındadır. Yəni heç kəsə məxsus deyil.

Sakinlərdən biri niyyətinin sadəcə balıq tutmaq olduğunu deyir, digəri isə narkotikdən istifadə edən dostunu müdafiə edir.

"Günün hər bir saatı olurlar. Heç kimi isə narahat etmirlər. Gəlirlər işlərini görür və çıxıb gedirlər".

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30

1Mənbələr

Şərh ()
Bağla