AZ

Türkiyədə müxtəlif cinayətlərə görə 5 minə yaxın şəxs saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 81 vilayətində axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-18” əməliyyatlarında 4 min 995 fərari saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

"0-5 il axtarışda olan 4 min 938 nəfər, 5-10 il axtarışda olan 29 nəfər, 10 il və daha çox axtarışda olan 28 nəfər “Çember-18” əməliyyatları nəticəsində saxlanılıb. Oğurluğa görə 822, dələduzluğa görə 424, adam öldürmə 73, narkotik cinayətlərinə görə 817, terrorizmə görə 50 cinayətkar tutulub", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44

1Mənbələr

Şərh ()
Bağla