AZ

Belqorodda qismən uçmuş yaşayış binasında axtarış-xilasetmə işləri davam edir



Rusiya Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib ki, 17 nəfər xilas edilib
Rusiya Fövqəladə Hallar Nazirliyinin sözçüsü bazar ertəsi TASS-a bildirib ki, Rusiyanın cənub-qərbində yerləşən Belqorod şəhərində qismən uçmuş 10 mərtəbəli yaşayış binasında axtarış-xilasetmə əməliyyatları başa çatıb.

"Belqorod şəhərində axtarış-xilasetmə əməliyyatları və dağıntıların çıxarılması başa çatıb", - sözçü bildirib. “17 nəfər xilas edilib və təəssüf ki, dağıntılar altından 15 cəsədi çıxarmışıq”.

Mayın 12-də Belqorod və şəhərətrafı ərazilər Ukrayna silahlı qüvvələri tərəfindən kütləvi atəşə tutulub. Vurulan “Toçka-U” taktiki raketinin fraqmentləri 10 mərtəbəli yaşayış binasına ziyan vurub, nəticədə onun bölmələrindən biri uçub.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
aia.az

1Mənbələr