AZ

Rusiyanın Cənubi Qafqaza SON HƏMLƏSİ

Cənubi Qafqaz uğrunda savaşın həlledici mərhələyə qədəm qoyduğu hər gün daha aydın hiss olunur. Amma bu həlledici mərhələdə də müəyyən qəribəliklər var.

Üç Cənubi Qafqaz ölkəsinin ikisində insanlar küçələrə çıxır. Amma fərqli tələblə, fərqli məqsədlə, fərqli siyasi qütblərin iradəsini ifadə etməklə.

Birmənalı olan odur ki, həm Ermənistanda, həm də Gürcüstanda Rusiya və Qərb qarşı-qarşıyadır. Amma fərqli qütblərdə.

Gürcüstanda hakimiyyətdə olan siyasi qüvvə Rusiyanın maraqlarına uyğun davranış sərgiləyir. Rusiyanın analoji qanununu qəbul etmək üçün parlamentə çıxaran siyasi qüvvə  Gürcüstanın Avropa İttifaqına və bununla da Avroatlantik məkana inteqrasiyasını ləngitmiş olur. Avropa və Qərb dəyərlərinə sayğı göstərən və bunu qəbul edən qüvvələr bunu qəbul etmir. Gürcüstanda meydana çıxanlar azad, ədalətli, şəffaf bir cəmiyyət qurmaqda maraqlıdır.

Ermənistanda isə küçəyə çıxıb etiraz edənlər isə illərlə uydurulmuş erməni yalanları ilə bəslənmiş və millətçilik xəstəliyinin viruslarını daşıyan bir kəsimdir. Və bu kəsim hələ də anlamır ki, Kreml ağaları bu insanların “milli hisslərindən” imperiya ehtiraslarını təmin etmək istəyir və edir. Sözsüz bəzi ermənilər var ki, bu qanlı savaşda öz şəxsi maraqlarını təmin etmək üçün kütlənin gözündə vətənpərvər obrazında təcəlla edirlər. Amma bu şəxslərin çağırışına müsbət cavab verənlərin günbəgün azalması müşahidə olnur.

Həm Gürcüstanda, həm də Ermənistanda baş verənlər bütünlükdə Kremlin Cənubi Qafqaz uğrunda son və həlledici döyüşə girdiyi göz önundədir. Əlbəttə bu həmlədən sonra Rusiyanın Qafqazı birdəfəlik itirəcəyini demək düz olmazdı. Amma əgər Kremlin Qafqazda qurmaq istədiyi bu “qalaqurma” uğursuz olarsa Rusiya ciddi zərbə almış olacaq. Və bu sonun başlanğıcı olacaq.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
herbiand.az

1Mənbələr