AZ

150 minlik dələduzluq edən şəxs kassasiya şikayəti verdi

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 14-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Qeyd: Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək. Lakin nəticədə T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 13 May 2024, 08:48   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
pravda.az

2Mənbələr