AZ

Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə PULUNDAN OLDU - VİDEO

Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə PULUNDAN OLDU - VİDEO

Asan yolla pul qazanmaq istəyən zaman 500 manat məbləğində itkisi oldu. Hadisə Xaçmaz rayon sakini Sevinc Babayevanın başına gəlib.

Sonxeber.az xəbər verir ki, şikayətçi problem ilə bağlı "Xəzər Xəbər"ə danışıb. O deyib ki, instaqramda tanımadığı səhifədən ona cəmi 20 manat qarşılığında yüzlərlə manat pul qazanmaq təklifi gəlib. Bu təklif onu cəlb etdiyi üçün aldanıb. O həmin səhifənin adminlərinə xeyli məbləğdə pul göndərib:

"Mənə sonradan dedilər ki, 200 və 170 manat göndər və balans açılsın. Daha sonra balansın açılması ilə bağlı bir proqramı yükləməyimi dedi. Bildirdi ki, həmin məbləğlər mənə geri qaytarılacaq. Şəxsiyyət vəsiqələrinə qədər hər şeyi mənə göndərdilər. Məni aldatdılar. 490 manat ümumi ziyana düşmüşəm. Bütün pulları göndərdim. Son 200 manatı göndərəndə dedi ki, bu məbləğidə göndər açılacaq. Sonra dedilər ki, 100 manat göndər. Mən də etmədim. Onsuz 200 manat göndərmişdim. Məni daha sonra bloka atdılar".

Məsələ ilə bağlı səhifə araşdırılmağa başlanılıb. Lakin bunun heç bir nəticəsi olmayıb. Çünki artıq səhifənin fəaliyyəti dondurulmuşdu".

Hüquqşünas Kamandar Hüseynov deyib ki, son vaxtlar xüsusilə asan qazanc əldə etmək adı altında vətəndaşların aldanması halları artıb. Bu cür təkliflərə inanların sayıda az deyil.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226

1Mənbələr

Şərh ()
Bağla