AZ

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

“Qəbələ” “Sumqayıt”ın avrokubok yolunu xeyli hamarlaşdırdı. Premyer Liqada qalmayacağı dəqiqləşəndən sonra özünə gələn bölgə klubu “Sabah”ı məğlub etməklə həm medal yarışına ciddi təsir etdi, həm də qapını möhkəm çırpmağı bacardığını göstərdi.

Dünən gözlənilməz məğlubiyyət alan “Sabah” üçün hər şey bitməyib. Bakılılar növbəti tur “Sumqayıt”ı məğlub edərək yenidən bu komandanı üstələmək imkanı qazanacaq. Daha sonra səfərdə “Neftçi”ni də yenmək lazımdır. “Kimyaçılar” isə hətta Masazırda uduzsa da, son oyunda avrokubok biletini cibinə qoymaq imkanına malikdir. Çünki həmin tur üz-üzə gələcək “Neftçi” ilə “Sabah”dan ən azı biri büdrəyəcək.

Dünən “Səbail” üzərində qələbə ilə “kimyaçılar” 2-ci pilləyə qayıtdı. Amma “Qəbələ” bu komandanın da planlarını alt-üst edə bilər. Dünən “Sabah”ı büdrədən “qırmızı-qaralar” son turda Sumqayıtda eyni istəklə oynasa, hər şey mümkündür.

“Səbail” də iddiaçıların taleyini həll edə biləcək komandadır. “Sumqayıt”a uduzan Şahin Diniyevin yetirmələri növbəti turda “Neftçi”ni qəbul edib daha sonra Zirəyə qonaq gedəcək. Təbii ki, “dənizçilər” 6-cı yeri turmaq üçün xallara möhtacdır, qırmağa kimin düşəcəyini zaman göstərəcək. Amma çətin ki, “Turan Tovuz”u ötmək mümkün olsun. Qərblilər 3 xal öndədir və daha asan təqvimə malikdir. Bu isə o deməkdir ki, əla büdcəsi olan “Səbail” yenə autsayderlər qrupunda qalacaq. Dinyevin mövsümün əvvəlində 6-cı yer uğrunda mübarizə aparacaqlarınıdeməsi təsadüf deyilmiş, amma komandanın buna nail olması, qarşıya qoyulan vəzifəni yerinə yetirməsi çətin görünür.

Turnr cədvəlində vəziyyət çox qarışıqdır. “Qəbələ”nin dünənki qələbəsi birbaşa “Sabah”la “Neftçidən birinin avrokubokdan kənar qalması reallığını gücləndirib. Lakin vəziyyəti elə məhz “Qəbələ” dəyişə bilər. Bunun üçün son turda “Sumqayıt” məğlub edilməlidir. “Sabah” buna ümid etməklə yanaşı özü də “kimyaçılar” üzərində qələbə qazanmalıdır. Əks halda, Kaxaber Sxadadzenin yardımı da fayda verməyəcək.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
futbolinfo.az

1Mənbələr