AZ

Tbilisidə polis etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları xarici agentlər haqqında qanun layihəsinə qarşı Tbilisidə keçirilən mitinq iştirakçılarını parlament binasından uzaqlaşdırmağa başlayıblar.

APA xəbər verir ki, proses binanın xidməti girişlərinin qarşısında baş verir.

Nümayişçilər polisin əmrinə tabe olmaqdan imtina edirlər.

Zaman-zaman polislə qarşıdurma yaşanır.

Saxlanılanlar barədə məlumat verilmir.


***
00:11

Gürcüstanın paytaxtı Tbilsiidə xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları yenidən parlament binasınının qarşısına toplaşaraq etiraz ediblər.

APA xəbər verir ki, aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

Artıq məlumdur ki, hüquq məsələləri komitəsinin iclasında parlamentin qanun layihəsinə üçüncü oxunuşda baxılmasının qarşısını almaq üçün mitinq iştirakçıları gecəni prospektdə keçirəcəklər.

Polis parlament binasının kənarlarında yerləşən qapıları möhkəmləndirib.

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirdiyinə görə, mayın 14-də ölkənin qanunverici orqanı xarici agentlər haqqında qanuna üçüncü oxunuşda baxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
apa.az

1Mənbələr