AZ

İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə və raket obyektlərinə hücum edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda"Hizbullah" hərəkatının iki hərbi obyektinə və iki raket buraxılışqurğusuna zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL)mətbuat xidməti bildirib.

Məlumata əsasən, zərbələr İsrail ərazisinin atəşə tutulmasınacavab olaraq endirilib.

"Son bir neçə saat ərzində qırıcı təyyarələr Livanın cənubundakıXalta və Kfarhamam bölgələrində "Hizbullah"ın iki raket buraxılışmeydançasına zərbələr endirib. Bundan əlavə, Əl-Xəraib bölgəsində"Hizbullah" terrorçularının iki hədəfi vurulub", - deyəbildirilib.

İsrail ordusu qeyd edib ki, gün ərzində İsrailin şimalındakı birsıra əraziləri istiqamətində Livandan çoxlu zərbələr qeydəalınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
az.trend.az

1Mənbələr