AZ

Daha bir tanınmış Səudiyyə Ərəbistanı klubundan dəvət aldı

Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır.

Sportinfo.az "Tuttomercato"ya istinadən xəbər verir ki, 46 yaşlı məşqçiyə "Əl-Taavun"dan rəsmi təklif gəlib.

Son olaraq "Marsel"i çalışdırmış italiyalı öncə Avropadan gələcək təklifləri dəyərləndirmək istəyir.

Ən pis halda isə, o, "Əl-Taavun"un dəvətini qəbul edəcək.Bu klub 31 turdan sonra 52 xalla Səudiyyə Ərəbistanı çempionatında dördüncü pillədədir.

Komandanı iki ildir ki, 58 yaşlı braziliyalı mütəxəssis Perisles Şamuska çalışdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
sportinfo.az

1Mənbələr