AZ

Britninin rəqsi müzakirələrə səbəb oldu - VİDEO

Britni Spirs öz "Instagram" səhifəsində erotik rəqs etdiyi bir video paylaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 42 yaşlı müğənni rəqs edərkən təxribatla bikinisini aşağı çəkib. O, bu görüntünün altına "Dünən gecə münasibətilə" şərhini yazıb.

Müğənni bir müddət öncə bir daha musiqi sahəsinə qayıtmayacağını bildirmişdi. Bununla birlikdə, "Daily Mail", müğənninin bundan sonra erotik yayımları ilə tanınan saytların ulduzuna çevriləcəyini yazıb.

"Nəzərə alsaq ki, Britninin video və fotoları getdikcə daha açıs-saçıq olur, bu versiya ağlabatandır. Üstəlik, son vaxtlar bəzi məşhurlar "OnlyFans" erotika saytında dərc etdirdikləri görüntülərinə görə milyonlar qazanırlar",- məlumatda bildirilib.

Məsələn, aktrisa Bella Torn bu saytda şəkli dərc edilərkən ilk 24 saat ərzində rekord məbləğ - 1 milyon dollar qazanıb, aktrisa Denis Riçardsın isə ayda çılpaq şəkillərindən 2 milyon dollar qazandığı deyilir.

Lakin ekspertlərin fikrincə, Britni onların hamısını üstələmək potensialına malikdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194

1Mənbələr

Şərh ()
Bağla