AZ

Azərbaycanlı legionerin komandası Superliqa yolunda - VİDEO

Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında 34-cü tur oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda son turunda "Çorum"a 2:1 qalib gəlib.

Vüsal görüşdə meydana çıxmayıb. O, ehtiyatda qalıb.

Qələbə sayəsində "Boluspor" xallarının sayını 53-ə çatdırıb və mövsümü 7-ci pillədə başa vurub.

Bununla da "Boluspor" Superliqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq.

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

Birinci liqada lider olan “Eyüpspor” və 2-ci yeri tutan “Göztepe” Superliqaya birbaşa vəsiqə qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
sportinfo.az

1Mənbələr