AZ

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Leyləklərin

Bakı, 13 may, AZƏRTAC

Portuqaliyanın cənub ərazilərində leylək yuvalarının sayı artır.

AZƏRTAC xəbər verir ki, bu quşlar yuvalarını yüksək gərginlikli elektrik xətlərinin dayaqları üzərində qurur. Energetiklər və bioloqlar bu günlərdə ölkənin cənubundakı elektrik dirəklərində 5 minədək leylək yuvası aşkarlayıblar. Halbuki, bir neçə il əvvəl bu say yüzlərlə ölçülürdü.

Bioloqlar arımın səbəbini iqlim dəyişikliyi ilə izah edirlər. Əvvəllər leyləklər qışlamaq üçün Avropadan Seneqala 2500 kilometr qət edirdi. İndi isə Avropanın cənubunda mülayim iqlim olduğundan quşlar Afrikaya daha az gedir. GPS cihazları göstərir ki, yalnız cavan leyləklər Afrikaya miqrasiya edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
2
azertag.az

3Mənbələr