AZ

"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəlib

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunda Londonun “Arsenal” klubu səfərdə “Mançester Yunayted” komandasını 1:0 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, oyunun 19-cu dəqiqəsində Leandro Trossard fərqlənib.

Bununla da xallarını 86-a çatdıran "Arsenal" turnir cədvəlində zirvəyə yüksəlib.

2-ci pillədə olan və ehtiyatında daha bir oyunu olan "Mançester Siti"nin isə 85 xalı var.

"Şəhərlilər" mayın 14-də "Tottenhem" komandası ilə 34-cü turdan təxirə salınan matçda qarşılaşacaq.

Çempionluğun taleyi 38-ci turda həll olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
2
apa.az

10Mənbələr