AZ

Peskov Şoyqunun yeni vəzifəsindın danışıb...

Bu arada Kreml rəsmisi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin daha əvvəl Təhlükəsizlik Şurasının katibi təyin edilməsini təklif etdiyi Sergey Şoyqunun yeni vəzifələrindən danışıb.

Onun sözlərinə görə, Şoyqu daxildən tanıdığı sahədə fəaliyyətini davam etdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verir.

...Peskov əlavə edib ki, Təhlükəsizlik Şurasının yeni katibi Hərbi-Sənaye Kompleksi üzrə Komissiyada sədr müavini olacaq və həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin işinə nəzarət edəcək.

... Təhlükəsizlik Şurasının katibi kimi o, eyni zamanda Hərbi Sənaye Kompleksi üzrə Komissiyada sədr müavini olacaq. Bundan əlavə, o, bu işə dərindən qarışıb, konkret müəssisələrdə hərbi-sənaye məhsullarının istehsal tempini çox gözəl bilir.

Bunu da dövlət başçısının mətbuat katibi bildirib.

Qeyd edək ki, bundan əvvəl Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal XidmətinRusiya Müdafiə Nazirliyinin tabeliyindən çıxarıldığı məlum olub.

... İndi o, Rusiya prezidentinə tabe olacaq.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96

1Mənbələr

Şərh ()
Bağla