AZ

Yunanıstan baş naziri Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

Yunanıstan Baş naziri Kiriakos Miçotakis 13 may tarixində Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rabitə İdarəsindən bildirilib.

Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq səfər zamanı Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Aktual regional və qlobal məsələlərlə yanaşı, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılacağı gözlənilən səfər çərçivəsində əlaqələrin müqavilə əsaslarına töhfə verəcək sazişlərin imzalanması da gündəmdədir.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
turkic.world

1Mənbələr