AZ

Ərdoğan: “ABŞ və Avropa atəşkəs üçün kifayət qədər iş görmürlər”

Ərdoğan:

Fələstinin HƏMAS qruplaşması atəşkəs təklifini qəbul etdikdən sonra ABŞ və Avropa ölkələri İsraili Qəzzada atəşkəslə razılaşmağa məcbur etmək üçün yetərincə iş görmürlər.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda müsəlman alimləri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, HƏMAS Qətər və Misirdən gələn atəşkəs təklifini qəbul etsə də, İsrailin baş naziri Binyamin Netanyahu hökuməti müharibənin bitməsini istəmir.

"Netanyahu hökumətinin cavabı Rəfahda günahsız insanlara hücum etmək oldu",- deyən Türkiyə prezidenti bildirib ki, kimin sülh və dialoq tərəfdarı, kimin də toqquşmaların davam etməsini və daha çox qan tökülməsini istədiyi bəllidir.

Ərdoğan əlavə edib ki, Netanyahu nə Avropadan, nə də Amerikadan İsraili atəşkəsə məcbur edəcək reaksiya göstərməyib.

Xatırladaq ki, cümə günü Ankara Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Fələstinin BMT-yə üzvlük iddiasına dəstəyini alqışlayıb. Bazar günü Ərdoğan səsvermədən sonra suveren Fələstin dövlətini tanımayan ölkələri bunu etməyə çağırıb, lakin Vaşinqtonu və onun əleyhinə səs verən digərlərini tənqid edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
reyting.az

1Mənbələr