AZ

Çempiondan nəcib hərəkət - Daşqından zərər çəkənlər üçün 100 min dollar ayırdı

UFC versiyası üzrə yarımağır çəkinin braziliyalı çempionu Aleks Pereyra (10-2) ölkəsinin cənubunda daşqından zərər çəkənlərə yardım üçün 100 min dollar ianə edib.

“Football-plus.az” xəbər verir ki, o, bu hada belə deyib:
“Cənubdan olan çoxlu adam yağışlar və daşqınlar üzündən yardıma ehtiyac duyur. Bir neçə gün əvvəl öz cibimdən ianə etdim. Başqa ianələrlə yanaşı, burda – Braziliyada ehtiyacı olan adamlara ərzaq alınması üçün 100 min dollar verdim. İndi baş verən faciəyə görə daha 20 min dollar ianə etməyə hazırlaşıram. İmkanın daxilində olan hər şeyi edirəm”.


Xatıladaq ki, bu ay Braziliyanın cənubunda son 80 ilin ən nəhəng daşqınları baş verib. Təbii fəaləkətdən ən çox zərər çəkən Riu-Qrandi-du-Sul ştatının hakimiyyət orqanlarının verdiyi məlumata görə, ən azı 55 nəfər həlak olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
football-plus.az

1Mənbələr