AZ

Putinin müdafiə naziri təyin etmək istədiyi Belousov kimdir?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin Andrey Belousovu müdafiə naziri vəzifəsinə təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, Belousov əvvəlki hökumətdə Baş nazirin birinci müavini vəzifəsində çalışırdı.

17 mart 1959-cu il təvəllüdlü Belousov Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının Milli İqtisadi Proqnozlaşdırma İnstitutunun elmi və dissertasiya şuralarının üzvü, iqtisad elmləri doktoru, əməkdar iqtisadçısıdır. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edən (2011) olub.

Rusiya Dəmir Yolları SC-nin Direktorlar Şurasının sədri, 2012-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2020-ci illərdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyib.

2020-ci il 30 aprel-19 may tarixlərində - Mişustin koronovirusdan müalicə alarkən - Rusiya Federasiyası Hökumətinin sədrinin səlahiyyətlərini icra edib.

Seçilən
59
1

1Mənbələr

Şərh ()
Bağla