AZ

Ramos Messinin klubu ilə "Qalatasaray" arasında seçim etdi

Son zamanlar müdafiəçi Serxio Ramosun "Qalatasaray"la əlaqəsi haqda şayiələr gəzir.

90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə,  38 yaşlı futbolçunu Türkiyəyə köçmək variantı cəlb etmir. Ramos MLS-dən "İnter Mayami"yə keçməyə üstünlük verir.

 Qeyd edilir ki, Ramosun prioriteti Sevilla ilə müqaviləsini daha bir mövsüm uzatmaqdır. Lakin tərəflər razılaşmasalar, müdafiəçi çox güman ki, "İnter Mayami"yə gedəcək və orada Lionel Messinin komanda yoldaşı olacaq.

Xatırladaq ki, Serxio Ramos ötən il PSJ-də iki mövsüm keçirdikdən sonra “Sevilya”ya qayıtmışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
90deqiqe.az

1Mənbələr