AZ

Azərbaycanda ilk dəfə İdman Döyüş Növləri Festivalı keçiriləcək

Image


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı İdman Sarayının təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalı keçiriləcək.  Mayın 12-də İdman Döyüş Növləri Festivalının təşkilat komitəsinin növbəti iclası keçirilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd ediləcək. 

Naxçıvan MR-yaradılmasının 100 illiyinə həsr olunmuş Festivalda iştirak edəcək Asossiasiyalar Federasiyalar İctimai birliklərin-”Karate (WKF, Kyokuşin, Şotokan, Ənənəvi, Kosiki, Aşihara) Uşu, Kun Fu, Savat” idman növlərinin rəhbər heyyəti ilə keçirilən iclasda görülən işlər barədə müzakirələr aparılıb. Festivala 20-dən artıq federasiya və idman birlikləri qatılacaq. Yarışın təşkilat komitəsinin sədri, Əməkdar məşqçi Yavər Hüseynov baki-xeber.com-a bildirdi ki, Azərbaycanda ilk dəfədir İdman Döyüş Növləri Festivalı keçiriləcək. O, vurğuladı ki, növbəti iclasa qədər təşkilatı işlərin yekunlaşacaq. Festival iyun ayının 21, 22, 23-də Bakı İdman Sarayında baş tutacaq, 2 minə yaxın idmançının iştirakı gözlənilir. 

İradə SARIYEVA






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1

1Mənbələr

Şərh ()
Bağla