AZ

KİV: “TikTok”un qadağan edilməsi Baydenin gənclər arasında dəstəyini zəiflədəcək

Gənc seçicilər arasında ABŞ prezidenti Cozef Baydenə dəstək Çinin ByteDance şirkətindən “TikTok” platformasını satmasını və ya Amerika ərazisində qadağan etməsini tələb edən qanuna görə zəifləyə bilər.Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.Nəşr qeyd edib ki, “TikTok” istifadəçilərinin əksəriyyəti 30 yaşdan aşağıdır.Amerika administrasiyasının sosial şəbəkəni bağlamaq istəyi onlar tərəfindən hakim elitanın xəyanəti kimi qiymətləndirilə bilər.Belə ki, bütün bunlar Baydenin noyabrda yenidən seçilməsinə mane olacaq.Bundan əvvəl Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bildirib ki, Çin hakimiyyəti ABŞ-ın “TikTok”a qadağa qoymaq planları ilə bağlı lazımi cavab tədbirləri görəcək.O vurğulayıb ki, Vaşinqton xarici biznesə qarşı hədsiz təzyiqi dayandırmalı və ABŞ-da investisiya yatıran və bizneslə məşğul olan bütün ölkələrin şirkətləri üçün açıq və ayrı-seçkilikdən uzaq mühit təmin etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
5
elchi.az

6Mənbələr