AZ

İbrahim Kalın HƏMAS lideri ilə Qəzzada atəşkəs perspektivlərini müzakirə edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə Qəzzadakı vəziyyəti və atəşkəs perspektivlərini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsraillə danışıqlar kontekstində Türkiyənin təşəbbüslərindən məmnunluğunu ifadə edib.

Kalın və Haniyyə həmçinin Yaxın Şərqdə nizamlanma məqsədilə danışıqlar prosesi ətrafında mövcud vəziyyəti və Qəzzada atəşkəs məsələsini müzakirə ediblər.

Tərəflər vurğulayıblar ki, bu məsələdə növbəti addım İsraildən gözlənilir, çünki HƏMAS qısa müddət öncə atəşkəs üçün bəzi şərtlərlə razılaşıb.

Bundan əlavə, Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasının təmin edilməsi məsələsi də müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
2
apa.az

3Mənbələr