AZ

Laqerlöf Musanın yalan danışdığını dedi - “Yurqorden” onun satışından 850 min avro qazanmaq istəyir

İsveç “Yurqorden”inin baş məşqçisi Tomas Laqerlöf növbəti dəfə Musa Qurbanlıya az şans verməsi barədə açıqlama verib.

“Fotbolldirekt.se” nəşrinin məlumatına görə, 52 yaşlı mütəxəssis millimizin hücumçusunun bəzi fikirləriylə razılaşmır. Əvvəl xatırladaq ki, söhbər futbolçunun bu sözlərindən gedir:

“U-21 komandasına göndərilməyimin səbəbi haqda mənə izahat verilməyib. Əlbəttə, bu, onların qərarıdı. Bu barədə danışsalar, yaxşı olardı. Amma heç nə deməmələri də normaldı”.

Baş məşqçi isə vəziyyətin Musaya izah edildiyini deyib:

“Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdi. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik. Bizim nəyisə mediadan gizli saxlamaq fikrimiz yoxdu. U-21 də özünü göstərmək üçün şansdı. Bu komandadakı yaxşı çıxış sizi uğura yaxınlaşdırır. Biz Qurbanlıya belə dedik: istəyirik ki, heyətdə bütün oyunçular oynasın. Lakin kimisə heyətdən çıxarmalıyıq və belədə rəqabət yaranır. Oyundan-oyuna hər şeyin necə dəyişəcəyi futbolçudan asılıdı. Məhz hansısa oyunçuya üstünlük vermək düzgün yanaşma deyil. Hər kəs nəticəsiylə mövqeyini gücləndirməlidi”.

“Fotbolldirekt.se”nin başqa iddiasına görə, Musa yayda “Yurqorden”i tərk edəcək. Klub onun xidmətində maraqlı olanlardan 9-10 milyon İsveç kronu, yəni təxminən 850 min avro tələb edir. Məbləğ İsveç təmsilçisinin Musa üçün “Qarabağ”a ödədiyi məbləğdən (6 milyon – red.) 3-4 milyon kron çoxdu.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
football-plus.az

1Mənbələr