AZ

Zelenski: Xarkovun sərhəd bölgəsinin böyük hissəsində şiddətli döyüşlər davam edir

Xarkov vilayətinin sərhəd bölgəsinin böyük bir hissəsində şiddətli döyüşlər davam edir.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.

Dövlət başçısının sözlərinə görə, Xarkov vilayətinə xüsusi diqqət yetirilir: “Sərhəd ərazimizin böyük bir hissəsində şiddətli döyüşlər davam edir. Elə kəndlər var ki, əslində boz zonadan döyüş zonasına çevrilib. Rusiya ordusu onların bəzilərində möhkəmlənməyə, yaxud daha da irəliləmək üçün istifadə etməyə çalışır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
10
ikisahil.az

4Mənbələr