AZ

Ancelotti “Real Madrid”in oyunçuları ilə meydanda rəqs etdi –VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Karlo Ancelotti “Real Madrid”in çempionluq paradında Eduardo Kamavinga ilə rəqs edib.

Azpost.info bildirir ki, “Real Madrid” 36-cı La Liqa çempionluğunu qeyd edib. Çempionat paradı çərçivəsində komanda ənənəvi olaraq klubun avtobusu ilə qələbələrini qeyd etdikləri Cibeles fəvvarəsindəki meydana çıxıb.

Meydanda azarkeşlər qarşısında çıxış edən “Real Madrid”in baş məşqçisi çıxışını bu sözlərlə bitirib: “Bir arzum var. Mən Kamavinga ilə rəqs etmək istəyirəm. Maestro, musiqi!”

Daha sonra “Real Madrid”in qalan oyunçuları Ançelotti və Kamavinqanın rəqsinə qoşulublar.

Qeyd edək ki, Kamavinqa mövsümün əvvəlində demişdi ki, qol vurduqdan sonra “Real Madrid”in baş məşqçisi onunla rəqs edəcəyinə söz verib.

Bu mövsüm Eduardonun oynadığı 42 matçda qol vura bilməyib. O, həmçinin ötən mövsüm 59 oyunda bir dəfə də qol vurmayıb.

 

Seçilən
87
1

1Mənbələr

Şərh ()
Bağla