AZ

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Bu gün bizdən yaxşı oynadılar. Birinci hissədə biz öz səviyyəmizə uyğun çıxış etmədik. Çoxlu top itirdik. Həmçinin meydanda futbolçular arasında əlaqə daha yaxşı olmalıydı. İkinci hissənin əvvəlində komanda yaxşı təsir bağışladı. İrəlidə rəqibə yaxşı təzyiq edirdik. Buna baxmayaraq, azlıqda qaldıq, bir nəfər azlıqda mübarizə aparmaq da çox çətindir. Bura qələbə üçün gəlmişdik. Lakin təəssüf ki, çoxlu səhvlərə yol verdik, bunun da qarşılığında məğlub olduq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
3
futbolinfo.az

4Mənbələr