AZ

Renduliç: “Qarabağ”ı məğlub edəndə də, “Real” deyildik”

“Qəbələ”ni təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik.Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı. İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduli “Qəbələ” oyunu (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. “Qarabağ”ı məğlub edəndə də, “Real”(Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq.

Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz”. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
idmanxeber.az

1Mənbələr