AZ

Tomas Müller həyat yoldaşı ilə ayrılıb?

Tomas Müller həyat yoldaşı ilə ayrılıb?

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib.

Cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir.

Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər, hər ikisinin 34 yaşı var. Onlar birlikdə Otterfinq yaxınlığında (Münhendən 30 kilometr cənubda) atçılıq fermasına sahibdirlər.
Liza peşəkar səviyyədə atçılıqla məşğul olur. Müller isə bütün peşəkar karyerasını "Bavariya"da keçirib. O, 12 dəfə Bundesliqanın, altı dəfə Almaniya kubokunun və iki dəfə Çempionlar Liqasının qalibi olub.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1

1Mənbələr

Şərh ()
Bağla