AZ

Penta-trik edən U-15 Liqasının bombardiri: Samir Şərifov - 34 qol!

"Gənc ulduzlar" rubrikamızın növbəti qonağı "Sabah"ın U-15 komandasının üzvü Samir Şərifovdur.

 15 yaşlı Samir liqada 34 qol vurub, 20-dən çox assist müəllifidir, hətta bir oyunda penta-trikə imza atıb. Gənc futbolçu cari mövsüm liqada vurduğu 34 qolla "Sumqayıt"lı Əli Cəlilzadə ilə birlikdə bombardirliyə şərikdir.

Samir "Sabah"la nələrə nail olub?

2009 təvəllüdlü uşaqlardan ibarət komanda 2018/19 mövsümündə U-10 Liqasında Azərbaycan çempionu olub. Həmin il Avstriyada keçirilən Avstriya Vyana Çempionlar Kubokunda 128 komanda arasında 68-ci yeri tutublar.

Pandemiyadan sonra bərpa olunan 2021/22 mövsümü üzrə AFFA U-13 Liqasında kollektiv 1/8 final mərhələsində çıxış edib. Elvin Həsənovun baş məşqçilik etdiyi heyət ötən sezonu 2-ci yerdə tamamlayıb, cari mövsüm isə liqa 2-cisi olaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

photo

6 yaşından futbol oynayan Samir bu idman növünə qardaşı sayəsində gəlib.

"2009-cu il, 22 yanvarda dünyaya gəlmişəm. 6 yaşımdan futbol oynayıram. Futbola qardaşım sayəsində gəlmişəm. O, əvvəllər futbola gedirdi, mən də həvəsləndim".

— Ən sevdiyin klub və futbolçu?
— Ən sevdiyim futbolçu gürcüstanlı Kvaratsxeliyadır (Xviça). Azərbaycanda isə elə "Sabah"ın sağ cinah müdafiəçisi Amin Seydiyev. Bəyəndiyim klublar "Napoli" və "Real Madrid". Bir də "Sabah".

photo

"Futbol 1:0 Boks"

— Futboldan başqa boksa baxıram. Əvvəllər boksa getmişəm. Futbola həvəsim daha çox idi, ona görə boksla davam eləmədim.

— Ən sevindiyin və üzüldüyün oyun?
— 10 yaşımda olmuşdu, "Sabah" - "Neftçi" oyununda. Finalda qalib gəlib, respublika birincisi olmuşduq. Hesab 2:2 idi, dubl eləmişdim. Penaltilər seriyasında udduq. Qələbə gətirən penaltini mən yerinə yetirdim. Üzüldüyüm an isə keçən il finalda "Qarabağ"a uduzduğumuz oyunda idi. 0:2 məğlub olmuşduq.

— 2023/24 mövsümündə nə etmisən, Samir?
— Bu mövsüm 34 qol vurmuşam. 1 oyunda isə penta-trik etmişəm, "Araz-Saatlı" ilə matçda idi. Çoxlu dubllarım var, sayını unutmuşam. 20-25 arası məhsuldar ötürməyə imza atmışam.

 

"Sabah"la Avropaya? Avropaya".

— Gələcək karyeran barədə nə planların var?
— İnşallah, yuxarı liqaya qalxsam, karyeramı Avropa klublarından birində davam etdirmək istəyirəm.

Günay Xəlilphoto_2024-05-11_17-30-24.jpg

photo

 

photo_2024-05-11_17-30-23.jpg

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
offsideplus.az

1Mənbələr