AZ

Mbappenin PSJ-dən ayrılmasının təfərrüatları açıqlanıb: oyunçu yalnız "Real"a keçmək istəyib

Mbappenin PSJ-dən ayrılmasının təfərrüatları açıqlanıb: oyunçu yalnız "Real"a keçmək istəyib

Məşhur jurnalist və insayder Fabritsio Romano PSJ-nin hücumçusu Kilian Mbappenin klubdan ayrıldığını rəsmən elan etdikdən sonra futbolçunun son illərdəki transfer hekayəsinin təfərrüatlarını paylaşıb.

"Report" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Kilian Mbappe son iki ildə heç vaxt İngiltərə Premyer Liqası klubları ilə danışıqlarda iştirak etmək istəməyib.

"Keçən yay o, Səudiyyə Ərəbistanı klublarından bir mövsümə 200 milyon avro maaş almaqdan da imtina edib. Səbəb: o, yalnız "Real Madrid"ə keçmək və 2022-ci ilin iyunundan sonra prezident Florentino Peresi yenidən məyus etməmək istəyirdi", – insayder qeyd edib.

Bir çox KİV, eləcə də insayderlər fransalının yayda "Real"ın futbolçusu olacağını iddia edir. Onun "Kral klubu"na keçidi iyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalından sonra açıqlana bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
38
sonxeber.az

10Mənbələr