AZ

Varşavada müəmmalı yanğın- böyük bir ticarət mərkəzi 11 dəqiqədə külə döndü

Image

Polşanın paytaxtı Varşavanın Bialoleka rayonunda "Marywilska 44" adlı ticarət mərkəzində yanğın baş verib. Səhər saatlarında başlayan yanğın qısa müddətdə bütün 65 min kvadratmetrlik ticarət mərkəzini əhatə edib.

Yanğının söndürülməsinə 180 yanğınsöndürən və 58 yanğınsöndürən cəlb edilib, hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları göndərilib.

Hökumət Böhran Mərkəzi varşavalılara ərazidən uzaq durmağa, pəncərələri açmamağa çağırıb və çölə çıxacaqları təqdirdə maska taxmağı tövsiyə edib.

Yanğın saatlar sonra nəzarət altına alınıbb.

Yanğında ölən və yaralanan olmasa da, 1348 iş yerinin tamamilə külə döndüyü açıqlanıb. Təxminən 2 min insanın işsiz qalmasına səbəb olan yanğında milyonlarla dollarlıq maddi ziyanın olduğu təxmin edilir.

Yanğının baş vermə səbəbi hələlik məlum olmasa da, Yanğınsöndürmə İdarəsinin baş direktoru Mariusz Feltynowski, yanğının 11 dəqiqə kimi qısa müddətdə bu böyüklükdəki bütün ticarət mərkəzini əhatə etməsinin düşündürücü olduğunu söyləyib.

Varşava polisi yanğının səbəbi ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

NAMİQ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
baki-xeber.com

1Mənbələr