AZ

Yaxın gələcəkdə bunlarla hər gün qarşılaşacağıq...


Təxminən 35 il əvvəl insanlar yaxın gələcəkdə “görüntülü telefon danışığı”nın olacağından bəhs edirdilər. O dövürdə bunun necə baş verəcəyi barədə insanlarada ən kiçik təsəvvür belə yox idi. Amma, bu gün uşaqdan-böyüyə hər kəs asanlıqla görüntülü danışa bilir. Cəmi 30 il əvvəl e-mail vasitəsilə elektron məktubların göndərilməsi insanlara möcüzə kimi görsənsə də, bu gün artıq elektron məktublar əlaqə vasitəsi kimi dəbdən düşməkdədir.
Maraqlıdır, bəs görəsən yaxın 30-40 ildə insanlar hansı yeniliklərlə qarşılaşacaqlar?
AR texnologiyası
Yaxın gələcəkdə ən geniş yayılan yeniliyin AR (“Artırılmış Reallıq”) texnologiyası və ya “Metaversa” (Virtual dünya”) dediyimiz texnoloji yenilik olacaq. Bu gün bu texnologiya məhdud sahələrdə olasa da tətbiq olunur. Məsələn, gələcəyin pilotlar təyyarə sürməyi öyrənən zaman simulyatorlardan istifadə edir. Həmin simulyatorlar haqqında bəhs etdiyimiz AR texnologiyasıdır. Müxtəlif kompyuter oyunlarında da hazırda bu texnologiyadan istifadə olunur. Amma ehtimal olunur ki, çox yaxın gələcəkdə AR texnologiyası çox geniş sahələrdə tətbiq olunacaq. Demək olar ki, insanlar bu texnologiyanın imkanlarından gündəlik olaraq istifadə edəcəklər. Avtomobillərin idarə olunmasından, təhsil sektoruna kimi hər yerdə AR texnologiyası tətbiq oluna bilər.
Enerjinin simsiz ötürülməsi
Smartfonların, dronların və avtomobillərin kontaktsız şəkildə enerji ilə təchiz edilməsi artıq mövcuddur. Yaxın gələcəkdə enerjinin simsiz olaraq ötürülməsinin daha geniş sahələrdə tətbiq olunması gözlənilir.
Robot tozsoranlar
Mexanik köməkçilər müxtəlif sahələrdə fəal şəkildə istifadə olunur: sənayedə, tibbdə, ticarətdə və gündəlik həyatda. Robot tozsoranlar da artıq sürətlə yayılmağa başlayıb. Çox yaxın gələcəkdə robot tozsoranın olmadığı ev olmayacaq.
3D çap printerlər
Artıq kiçik əşyalar və ya kiçik avtomobil hissələri hazırlayan printerlərin satışına başlanılıb. Yaxın gələcəkdə belə printerlərin həm satışı artacaq, həm də daha geniş məhsul çeşidi “çap etmək” mümkün olacaq. 3D texnologiyası ilə bağlı ən əhəmiyyətli yeniliyin tibbsahəsində olacağı gözlənilir. Ehtimal olunur ki, alinlər SD texnologiyası sahəsində insanın zədələnmiş orqan və toxumalarını yenidən bərpa edə biləcəklər.
“Ağıllı şəhər” texnologiyası
Fərqli avtomatlaşdırılmış cihazların ümumi sistemdə birləşdirilməsi çoxsaylı obyektlər - yaşayış binaları, qurumlar, kommunal və nəqliyyat infrastrukturu arasında rabitənin qurulduğu "ağıllı şəhər" konsepsiyasını həyata keçirməyə imkan verir.
Bu sistem sayəsində təchizat və təhlükəsizlik məsələləri çox daha sürətli və səmərəli şəkildə həll edilir. Vahid strukturun elementləri bir-biri ilə məlumat mübadiləsi aparır ki, bu da tıxacların qarşısını almağa, inventarları doldurmağa, tullantıları vaxtında çıxarmağa və s.
Artıq bu gün Amsterdam, Stokholm, Barselona, ​​Moskva və Təl-Əvivdə ayrı-ayrı rayonlar “ağıllı şəhər” prinsipi ilə fəaliyyət göstərir. Azərbaycanda belə bir texnologiyanın tətbiqi işğaldan azad olunmuş Zəngilan rayonunda tətbiq olunub.
“Ağıllı şüşələr”
İki şüşə təbəqəsi arasında aşağı gərginlikli cərəyanın bağlandığı maye kristal lövhə qoyulur. Belə şüşələrdən bu gün reklam panolarında istifadə olunur.Ehtimal edilir ki, yaxın gələcəkdə belə şüşələrdən mənzillərdə və ofislərdə də geniş istifadə olunacaq.  “Ağıllı şüşə”dən hazırlanmış pəncərələr və arakəsmələr pərdələr və jalüzlərə olan ehtiyacı aradan qaldıracaq.
Pilotsuz nəqliyyat vasitələri
Ekspertlər belə hesab edir ki, yaxın gələcəkdə şəhərlərdə avtomobil parkının 60%-ə yaxınını pilotsuz nəqliyyat vasitələri təşkil edəcək. Bu qəzaların sayını 90%, işlənmiş qazların həcmini isə 80% azaldacaq.
Pilotsuz ictimai nəqliyyatdan istifadə sürətlə genişlənir. Artıq Dubay, Sinqapur, Vankuver, Paris, Tokioda dəmir yollarında maşinistsiz qatarlar hərəkət edir. 

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
242
3
yeniavaz.com

4Mənbələr