AZ

Ançelotti məşhur fotosunu təkrarladı - FOTO

İtaliyalı mütəxəssis Karlo Ançelotti "Real Madrid"in qalibiyyət paradında futbolçuları ilə günəş eynəyi taxaraq ağzında siqarla şəkil çəkdirib.

BAKU.WS-in xəbərinə görə, şəkil "kral klubu"nun üstü açıq avtobusu Madriddən keçərkən çəkilib.

Xatırladaq ki, 2022-ci ildə Madrid klubu çempion olduqdan sonra da oxşar foto çəkilmişdi.

İspaniya nəhəngi vaxtından əvvəl çempionluq qazanıb. Bu, La Liqanın 34-cü turunun mayın 4-də baş tutan "Kadis"lə oyunundan (3:0), eləcə də "Barselona"nın "Jirona" ilə oyunda (2:4) həmin turda məğlub olmasından sonra baş verib.

Hazırda 35 turdan sonra Madrid klubu 90 xal toplayıb.

Bu kubok "Real Madrid"in 36-cı çempionluğu oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80

1Mənbələr

Şərh ()
Bağla