AZ

Aşkelonda ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib

İsrailin Aşkelon şəhərində yenidən raket atəşi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bu, günün əvvəlindən bəri ikinci belə bildirişdir. Bundan əvvəl hərbçilər Aşkelon sakinlərinə gecə saatlarında, Bakı vaxtı ilə saat 02:10 radələrində atəş açılacağı barədə xəbərdarlıq ediblər. Daha sonra "The Times of Israel" xəbər verib ki, Qəzzadan atılan raketlərdən biri yaşayış binasına düşüb, mühafizəçi ilə birlikdə üç nəfər yaralanıb.

Aşkelon Qəzza zolağına yaxın İsrailin ən böyük şəhəridir. Əhalisi 149 min nəfərdir, Aralıq dənizi sahilində, Təl-Əvivdən 57 km cənubda və Fələstin anklavı ilə sərhəddən 12 km şimalda yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87

1Mənbələr

Şərh ()
Bağla