AZ

Ekoloq: Paytaxtın bir çox əraziləri sürüşmə zonalarına aiddir

Xəritədə əksini tapacaq
  
“Bayıl, Badamdar, Əhmədli, Günəşli, Masazır və sair. Sürüşmənin qarşısını almaq üçünsə zəruri tədbirlər görülməlidir”
 
 
 Azərbaycanda sürüşmə zonalarının yeni xəritəsi ilin sonuna qədər müvafiq qurumlara təsdiq olunması üçün təqdim olunacaq. Sürüşmə zonalarının sonuncu xəritəsi 2015-ci ilin mart ayında Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib. O qeyd edib ki, həmin xəritədə sürüşmə zonalarının koordinatları göstərilməklə ərazi olaraq konturlanıb. "Ötən illər ərzində yenə yeni sürüşmə sahələri yaranıb, hansı ki, xəritələrdə o yoxdur. Ölkəmizdə 99 lokal sürüşmə sahəsi xəritədə var idi. Artıq bu il müəyyən edilmiş 46 lokal sürüşmə sahəsinin xəritələnməsinə başlanılıb. Bu ilin əvvəlindən 12 sürüşmə sahəsini xəritələmişik və proses davam edir. Bu yerlər Astara, Lerik və Lənkəran rayonları ərazisindədir. Mütəxəsisslərimiz sürüşmə zonalarının xəritələməyə ilk olaraq cənub zonasından başlayıb. Çünki sürüşmə zonalarının çoxu cənub bölgəsindədir. Yeni xəritədə 99 deyil, 145 lokal sürüşmə sahəsi ola bilər. Lakin bu rəqəm də dəyişə bilər. Çünki işin gedişində əlavə sahələr də xəritələnə bilər", - deyə o qeyd edib.
 
Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, paytaxtın bir çox əraziləri də sözsüz ki, sürüşmə zonalarına aiddir və onlar da xəritədə əksini tapacaq. Bayıl, Badamdar, Əhmədli, Günəşli, Masazır və sair. Sürüşmənin qarşısını almaq  üçünsə zəruri tədbirlər görülməlidir:  
– Bayıldakı son sürüşmələr əkilən ağacların suvarılması daha çox bağlıydı. Ağaclar çox suvarılmışdı deyə sürüşmə aktivləşdi.  Ümumiyyətlə, yamac ərazilər  çox suvarılan zaman süxurlar arasında ilişki qüvvəsi azalır və sürüşmə yaranır.  Torpağın bəlli bir qatı var ki, çökmə süxurlardan təşkil olunub. Çökmə süxurlar da laylardan ibarətdr. Bu laylar arasında bəzən ilişki qüvvəsi – bir-biriylə bağlılıq zəif olur. Minillər ərzində toplanır bu laylay. Sanki bir-birinin üstünə yığılıb. Amma bütün hallarda laylardır. Layların arası tədricən su ilə dolduqda, getdikcə süxurlar yumşalır və sürüşmə baş verir.

 R.Abbasov qeyd etdi ki, yamaclarda sürüşmənin qarşısını almaq üçün bəlli  şərtlər və vasitələr var:
- Həmin ərazilərdə tikinti aparılmamalıdır. Tikintilər yamacların daha da yüklənməsinə və sürüşmə təhlükəsinin artmasına səbəb olur. Həmin ərazilər terraslaşdırılmalıdır. Bu nə deməkdir, yəni ərazidə bağ salınmalıdır. Amma necə? Müəyyən prinsiplərə əməl etmək şərtilə. Yamaclarda əvvəlcə bərkidilmə, möhkəmləndirmə işləri aparılır, sürüşmə riskindən asılı olaraq dərin, 10-15 metr qədər svaylar vurulur, üzərinə beton tökülür və ya setka (tor) çəkilir. Sonra üzərində toxum səpilir ki, gül-çiçək bitsin, orada çəmənlik yaradılır. Orada ancaq öz toxumu, özbaşına  bitən ağaclar yetişə bilər. O ağaclara dəymirlər. Çünki belə ağaclar susuzluğa davamlı olur və torpağın suyu ilə qidalanırlar. Və suvarmanı da mümkün qədər az həyata keçirmək lazımdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204

1Mənbələr

Şərh ()
Bağla