AZ

Zelenski təşviş içində

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya hərbi qüvvələrinin Xarkov vilayətində irəliləməsi barədə xəbərləri aldıqdan sonra təşvişə düşüb. 

Cebhe.info” xəbər verir ki, ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Davis bunu “YouTube” kanalı “Deep Dive”-ə müsahibəsində deyib.

Ekspert qeyd edib ki, Zelenskinin ilk reaksiyası həddindən artıq narahatlıq olub.

Keçmiş hərbçi əlavə edib ki, Ukrayna ordusu təlim keçmiş canlı qüvvə çatışmazlığı səbəbindən indi həqiqətən də çətin günlər yaşayır və Zelenski bunu yaxşı bilir.

Daniel Davisin qeyd etdiyi kimi, ola bilsin, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin ölkənin sərhədyanı rayonlarına hücumlarını dayandırmaq üçün Xarkov vilayətində bufer zona yaratmaq istəyirlər.

Mayın 12-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 4 yaşayış məntəqəsinin tutulduğunu açıqlayıb. 

Dünən Xarkov vilayətində beş kənd Rusiya ordusu tərəfindən tutulub.

Xəzər 

"Cebhe.info" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63

1Mənbələr

Şərh ()
Bağla