AZ

Koç yenə namizəd oldu, Saran geri çəkildi

''Fənərbaxça''da ya bu ayın sonunda, ya da iyunun əvvəllərində keçiriləcəyi gözlənilən prezident seçkiləri ilə bağlı yeni xəbərlər var.

“Football-plus.az” xəbər verir ki, bir müddət öncə iş adamı Səadəttin Saran rəsmən namizədliyini irəli sürmüşdü. Amma o, namizədliyini geri çəkdiyini açıqlayıb. Səbəb isə hazırki başqan Əli Koçun yenidən namizədliyini irəli sürməsidi. Maraqlıdı ki, Koç fevralın 3-də klubun aylıq toplantısında namizəd olmayacağını açıqlamış və ''dəstəyiniz üçün təşəkkür edirəm. Cox qürurlandım, amma iyunda Allahın köməyi ilə yeni prezidentimiz olacaq. Namizədlər dərhal ortaya çıxsınlar. Onlar hər cür dəstək verməyə hazıram'' ifadələrini işlətmişdi. Göründüyü kimi 3 aylıq fasilədən sonra Koç fikrini dəyişdi. Xatırladaq ki, ''Fənərbaxça'' 2018-dən bu yana bu vəzifəni icra edən Koçun dönəmində 6 il ərzində cəmi 1 titul - ötən mövsüm ölkə kubokunu qazanıb. Komandanın superliqada çempionluq həsrəti bu mövsüm 10 ilə çatacaq! Sarana gəlincə, o, daha öncə dəfələrlə açıqlamışdı ki, Əli Koça rəqib olmaq istəmir. Onların münasibətləri yaxşıdı. Bu üzdən Saran namizədliyini geri çəkdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77

1Mənbələr

Şərh ()
Bağla