AZ

"Çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün sonunda gördük"

“Ölkə kubokunun qalibi olduğumuza görə çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futzalçısı Amadeu Fernandes Azərbaycan Kubokunu qazanmaları barədə danışarkən deyib.

Azərbaycan millisinin də formasını geyinən oyunçu 15 ildən sonra qazanılan kubokun dəyərli olduğunu bildirib:

“Gözəl hisslər yaşayırıq. Ölkə çempionluğunun ardından kubokun da sahibi olduq.

Mövsümü “qızıl dubl”la bitirmək fantastikdir. Komandamla qürur duyuram.

Çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün sonunda gördük. ”Araz-Naxçıvan” hər zaman zirvələrdə olmağa layiqdir”.

33 yaşlı futzalçı gələcək hədəflərindən də söz açıb:

“Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacağıq. Bu turnirdə daha da irəli getmək,

Azərbaycanı beynəlxalq arenada ən yaxşı şəkildə təmsil etmək istəyirik. Komandama güvənirəm”.

“Araz-Naxçıvan” ölkə kubokunun finalında “Baku Fire”ı üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
sportinfo.az

1Mənbələr