AZ

U-17 millimiz Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) mayın 13-dən 21-nə qədər Bakıda təlim-məşq toplanışı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17 hazırlıq çərçivəsində iki beynalxalq yoldaşlıq oyununda da qüvvəsini sınayacaq. Belə ki, yığmamız mayın 18-də və 21-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş saat 17:00-da Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq.

Baş məşqçi İlham Yadullayev toplanışa bu futbolçuları dəvət edib:

  1. Elşən Nəsirov – Qarabağ
  2. Məhdi Həsənov – Neftçi
  3. İlkin Qocayev – Sumqayıt
  4. Emir Fətiyev – Neftçi
  5. Murad Qurbanov – Zirə
  6. Kamil Məmmədov – Neftçi
  7. Fərid Cabbarlı – Zirə
  8. Tuncay Əhmədov – Marset (İspaniya)
  9. Sahil Əsgərli – Marset (İspaniya)
  10. Tunar Muradov – Turan Tovuz
  11. Nadir Nəsibli – Marset (İspaniya)
  12. Ariz Kərimov – Marset (İspaniya)
  13. Sinan Mehdizadə – Marset (İspaniya)
  14. Nihad İsaqov – Kəpəz
  15. Emil Həsənov – Sumqayıt
  16. Tunar Hüseynov – EFA
  17. Əli Qazibəyov – Qarabağ
  18. Əli Əliyev – Qarabağ
  19. Əhliman Süleymanzadə – Zirə
  20. Elşən Atakişiyev – Neftçi
  21. Muhamməd Çodarov – Marset (İspaniya)
  22. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  23. Əli İbrahim – Qarabağ
  24. Tunar Rzayev – Marset (İspaniya)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
28
arena.az

10Mənbələr