AZ

Britaniya Qəzzaya qoşun göndərməyəcək

Böyük Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək.

“İki sahil” BBC-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin sahillərində üzən platformanın tikintisini şərh edərkən deyib.

"Kral Donanmasının RFA Cardigan Bay gəmisi estakada yaxınlığında bir növ logistika mərkəzi rolunu oynayacaq. Bununla belə, Baş nazir, mən və başqa nazirlər qoşunlarımızın quruda yerləşdirilməsinin yaxşı addım olmayacağını düşünürük”, - Kemeron bildirib.

Onun sözlərinə görə, Qəzzaya yardımın çatdırılmasını etibarlı şəkildə qorunacaq podratçı təşkilat həyata keçirə bilər:

"Qoşunları yerləşdirmək riskdir, bu vəziyyətdə ordu məqsədli hücumlara məruz qala bilər”.

Xatırladaq ki, martın 7-də ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, Vaşinqton Qəzza zolağına dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün müvəqqəti liman yaradır. Pentaqon bildirib ki, amerikalı hərbçilər humanitar yükləri çatdırarkən gəmilərdən düşməyəcəklər. Hazırkı plana görə, onlar əvvəlcə Kiprdə gəmilərə yüklənəcək, sonra o, yardımçı gəmilərə köçürüləcək və xüsusi yaradılmış estakadaya çatdırılacaq. Sonda isə yük maşınları ilə Qəzza sakinlərinə daşınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
6
ikisahil.az

7Mənbələr