AZ

Bəhlul Mustafazadə “Qarabağ”ın qələbəsindən danışdı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Misli Premyer Liqasının 34-cü turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlama verib. 

QOL.az xəbər verir ki, o, əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb: "Zirə" ilə çətin oyunun olacağını bilirdik. Çox yaxşı müdafiə olunmağı bacaran komandadır. Bunun bizə çətinlik yaradacağını təxmin edirdik. Bizim üçün oyun çətin keçdi. Sonda qalib gəldik və xoşbəxtik. Öz oyunumdan danışsam daha yaxşı ola bilərdi. Düşünürəm ki, üzərimdə çalışaraq daha yaxşısına nail olacam”.

B.Mustafazadə mümkün penalti epizodu barədə belə deyib: “Açığı gərək təkrarına baxım. Meydanda gördüyüm ilə təkrarda görünən fərqli ola bilər. Ona görə nəsə də bir şey deyə bilmərəm”.

27 yaşlı müdafiəçi gələn tur “Turan Tovuz”la qarşılaşmaya köklənəcəklərini bildirib: “Yenə eyni qaydada qələbə qazanmaq üçün meydana çıxacağıq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
teleqraf.com

1Mənbələr