AZ

Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək

Böyük Britaniya hökuməti Qəzza zolağına humanitar yardım çatdırmaq üçün öz qoşunlarından istifadə etmək niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin anklavı sahillərində üzən platformanın tikintisini şərh edərkən deyib.

"Kral Donanmasının "RFA Cardigan Bay" gəmisi estakada yaxınlığında bir növ logistika mərkəzi rolunu oynayacaq. Bununla belə, Baş nazir, mən və başqa nazirlər qoşunlarımızın quruda yerləşdirilməsinin yaxşı addım olmayacağını düşünürdük. Bunu etmək lazım deyil", - deyə Cameron BBC-yə bildirib.

Onun sözlərinə görə, Qəzzaya yardımın çatdırılmasının etibarlı şəkildə qorunmasını podratçı təşkilat həyata keçirə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
iqtisadiyyat.az

1Mənbələr