AZ

Bu deputatın madatına təhlükə yaranıb - Yola salınır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı xəbərlərin intensiv xarakter alması deputat olmaq istəyən iddiaçıların sayını artırıb. Artıq bir neçə tanınmış siyasətçi qanunverici orqanda təmsil olunmaq üçün mübarizəyə qoşulacağını rəsmi qaydada açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, iddiaçıların sırasına ReAL lideri İlqar Məmmədov da qoşulub. O, 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputalığa namizəd olacağını açıqlayıb. 

Qeyd edək ki, hazırda həmin dairənin seçicilərini Milli Məclisdə  Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edir. Bu isə həmin dairədə seçkinin gərgin mübarizə şəraitində keçəcəyini indidən söyləməyə əsas verir. 

Aldığımız məlumata görə, İlqar Məmmədovun 22 saylı Nəsimi ikinci seçki dairəsindən qalib olmaq şansı daha yüksəkdir. Belə ki, budəfəki parlament seçkilərində yaşı 70-i ötmüş deputatlara "qırmızı işıq" yandırılacaq. Yola salınacaq parlamentarilərin siyahısında 71 yaşlı Asim Mollazadənin də adı var. 

Yaxın ətrafının saytımıza bildirdiyinə görə, Asim Mollazadə hakimiyyətlə anlaşa bilməyəcəyi təqdirdə hətta namizədliyini də irəli sürməyəcək. 


Telegram kanalımız
Seçilən
75
1

1Mənbələr

Şərh ()
Bağla