AZ

Çexiya prezidenti Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsinin şərtini açıqlayıb

Ukrayna danışıqlar zamanı təhlükəsizlik zəmanəti müqabilində NATO üzvlüyündən imtina edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.

“Ukraynanın NATO-ya üzvlüyü nəyəsə mübadilə edilə bilər. Məsələn, hərbi iştirakdan söhbət gedəndə təhlükəsizlik zəmanəti”, – Çexiya lideri bildirib.

Pavel qeyd edib ki, Aİ-də Ukraynaya dəstək dayandırılarsa, münaqişənin sona çatacağına dair yanlış inanc var. “Ancaq bu baş verməyəcək”, – deyə siyasətçi vurğulayıb.

Bundan əlavə, o, bir sıra ölkələrin dünya düzəninə baxışlarının fərqli olmasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı əvvəlcə azadlıq, demokratiya, azad bazarlar, ləyaqət və hamı üçün hüquqlar idealları üzərində qurulsa da, sonradan bir çox ölkələr bu prinsiplərdən uzaqlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
nocomment.az

1Mənbələr