AZ

Avropanın 31-cisi - "Qarabağ"

Dünya klublarının reytinq siyahısında yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə daxil edilən 505 klubdan 295-i “Köhnə qitə”ni təmsil edir.

Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 183 xalla Avropada 31-cidir.

Digər komandalarımız üçünü “yüzlük”dədirlər. “Zirə” 60,75 xalla 225-ci sırada yer alıb. “Neftçi” 59,25 xalla 233-cüi, “Sabah” 58,25 xalla 236-cıdır.

Dünyanın ən yaxşısı olan “Mançester Siti” Avropanın da ən yaxşısıdır - 416 xal. “Üçlük”də yer alan “Real” 324, “Bayer” 305 xala malikdir.

Qeyd edək ki, dünya sıralamsında “Qarabağ” 48-ci, “Zirə” 384-cü, “Neftçi” 398-ci, “Sabah” 405-cidir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
idman.biz

1Mənbələr