AZ

Azərbaycan Respublikasının birinci Prezidentinin doğum günüdür…

Bu gün – 12 may – Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun doğum günüdür.
 
Rəhmətlik sağ olsaydı, bu gün 86 yaşını qeyd edəcəkdi.
 
Xatırlatma: 
 
Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
 
Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
 
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
 
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ilk ümumxalq Prezident seçkilərində Azərbaycan Respublikasının ilk Prezidenti seçilib. 
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər Rusiya-sovet ordusunun Xankəndindəki  366-cı alayının birbaşa dəstəyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir, nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk etməli olur. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.
 
İlk Prezident 2022-ci il martın 27-də dünyasını dəyişib.
 
Allah rəhmət eləsin!..
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
moderator.az

1Mənbələr