AZ

"Həm “Qarabağ”, həm də “Kəpəz”ə qalib gəlmək istəyirik"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

“Oyun çətin keçdi. Xarakter göstərməyə çalışdıq. Bu matçda 3 xal bizim üçün çox vacib idi”.

QOL.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un hücumçusu Otto Con Misli Premyer Liqasının 34-cü turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Nigeriyalı forvard xarakter nümayiş etdirdiklərini bildirib: “Bütün gücümüzü meydanda göstərdik. Komanda olaraq birlikdə xarakter nümayiş etdirdik və lazım olan 3 xalı qazandıq. Bu nəticəyə görə sevinirəm. Belə də davam etməliyik”.

O.Con son iki matçda maksimum nəticə qazanmaq istədiklərini söyləyib: “Artıq mövsümün sonu yaxınlaşır. Çempionatda cəmi iki oyunumuz qalıb. Əvvəlcə səfərdə “Qarabağ”la, sonra isə evdə “Kəpəz”lə üz-üzə gələcəyik. Çempionatı yaxşı əhval-ruhiyyə ilə başa vurmaq istəyirik. Buna görə də hər iki matçda hədəfimiz qələbədir. Həm “Qarabağ”, həm də “Kəpəz”lə matçda maksimum nəticə qazanmaq arzusundayıq”.

26 yaşlı futbolçu yeni mövsümdə də Tovuz klubunda çıxış edib-etməyəcəyi barədə sualı dəqiq cavablandırmayıb: “İndi bu barədə bir söz deməkdə çətinlik çəkirəm. Mövsümün sonunu gözləmək lazımdır. Çempionat bitdikdən sonra “Turan Tovuz”la danışıqlarımız olacaq. Birgə müzakirədən sonra qərar qəbul edəcəyik. Hazırda bütün diqqətimi qarşıdakı 2 matça yönəltmişəm. Odur ki, növbəti mövsümün perspektivi barədə indidən danışa bilmərəm”.

Seçilən
54
1

1Mənbələr

Şərh ()
Bağla